“Coca-Cola” şirkəti yeni ilə həsr olunmuş “Make Someone Happy” (Kimisə xoşbəxt et) adlı yeni reklam çarxı təqdim etdi. Reklam çarxında müxtəlif bazarlar üçün uyğunlaşdırılmış Jimmy Durante musiqisinin sədaları altında insanlar kiçik hədiyyələrlə bir-birini xoşbəxt edir.
Baş rolda isə 1931-ci ildən şirkətin ən sevimli qəhrəmanı “Coca-Cola” içən Şaxta baba oldu. 83 il bundan öncə Şaxta babanın qərb obrazını xüsusi olaraq şirkət üçün rəssam Haddon Sundblom hazırlamışdı.
Həmin ildən etibarən “Coca-Cola” özünün Milada həsr olunmuş reklam çarxlarında məhz həmin obrazdan istifadə edir. “Coca-Cola” şirkətinin dediyinə görə, şirkət bu il“insanları hədiyyədən daha çoxunu görməyə və əsl bayram əhval-ruhiyyəsinə köklənməyə ruhlandıracaq”. Şaxta baba qayğıkeşlik və sevinc rəmzi olduğu üçün məhz reklam çarxının qəhrəmanı o oldu.