"UPS" sürücüsü olmaq istəyən 4 yaşındakı Carsonun bu diləyi UPS tərəfindən sürpriz bir şəkildə həqiqətə çevrildi. Carson, özünə həftədə 3 gün xüsusi süd təslim edən UPS sürücüsü Ernie ilə fərqli bir yoldaşlığa başlayır.



Ernienin etdiyi işdən təsirlənən Carson, onun kimi olmaq istəyir. UPS isə bu xəyali “WishesDelivered” kampaniyası ilə reallaşdırır. “Ogilvy & Mather” imzası daşıyan kampaniyada, Carsona kiçik bir UPS avtomobili hazırlanır.



Və 1 günlük şofer olan kiçik uşaq o günün kargolarını böyük bir sevinc ilə təslim edir. Ernie, kiçik yoldaşı Carsonun bu işə olan heyranlığını isə "Həftədə üç gün buraya gəlirəm və hər gəldiyimdə Carsondan eyni reaksiyanı alıram. Hər zaman eyni həyəcan. Kimsə Carsonun gözlədiyi kimi məni gözləmir" sözləri ilə açıqlayıb. UPS, kampaniya çərçivəsində http://www.ups.com/wishes ünvanı üzərindən insanların xəyallarını həyata keçirir və bu şəkildə kömək dərnəyinə ianə etmiş olur.