Bakcell Ulduzum istifadəçilərinin qayğısına qalmaqda davam edir! 15 Noyabr - 15 Dekabr 2014 tarixləri arasında “Ulduzum Festivalı” adlı kampaniya keçirilir. Ulduzum proqramının istənilən üzvü seçilmış Ulduzum tərəfdaşlarından əlavə endirim əldə edəcək!
Ulduzum Festivalında iştirak etmək üçün aşağıdakılar nəzərə alınmalıdır:
1. Ulduzum abunəçisi 5555 qısa nömrəsinə star işarəsini göndərir və ya star5555hashcall yığaraq 4 rəqəmli şifrə əldə edir. Şifrənin əldə olunma dəyəri 3 qəpikdir.
2. Həmin şifrəni seçilmış Ulduzum tərəfdaşlarında kassirə təqdim edir və əlavə endirim əldə edir.
3. Gün ərzində hər bir abunəçi 10 dəfə şifrə əldə edə bilər və hər bir şifrənin etibarlılıq müddəti 24 saatdır.
Seçilmiş Ulduzum tərəfdaşları barədə daha ətraflı məlumat əldə etmək üçün 777 yazıb 5555-ə pulsuz SMS göndərin.