Motorola, ağıllı saatı “Moto 360” üçün əyləncəli bir reklam kampaniyası başlatdı. “A Watch for Our Times” adlı kampaniyada, ağıllı saat, İsveçrə istehsalı lüks saatlar kimi təqdim olunur.


 


“Motorola”nın “CMO”su Adrienne Hayes, "Kampaniyanı əyləncəli bir şəkildə təqdim etdik. Klassik saatların reklamları əsrlərdir beləymiş kimi və biz də bununla əylənmək istədik” deyə bildirib. 6 fərqli reklam çarxı virtual aləmdə, 15 saniyəlik iki film isə “Instagram”da yer alacaq.