Tayvanlı kompüter və təchizat istehsalçısı “Acer” Yanvar ayının sonunda həyata keçirilməsi gözlənilən müsabiqə üçün agentliklərlə danışıqlara başladı. Acer dünya səviyyəsindəki kreativ işləri üçün qlobal bir təşkilat axtarışında olduğunu bildirdi.


 


2012-ci ilin Fevral ayından bəri Mother ilə çalışan marka, agentliklə işə başladığı tarixdə markanın imicini təzələmək üçün marketinq xərclərini iki qata çıxaracağını bildirmişdi.


 


Mother, Acer Aspire S5 Ultrabook üçün 2012-ci ilin Avqust ayında qlobal bir kampaniya başlatmışdı. 2013-cü ilin May ayında Acer Aspire P3 Ultrabook təqdimatı üçün 3 dəqiqəlik bir filmə imza atmışdı.