Bu mağazanın Dubay şəhərində yerləşəcəyi gözlənilir və onun açılışı 2014-cü il Dekabrın 3-də baş tutmalıdır. Şəkillərdə gördüyünüz kimi, bu sualtı mağazadır. "Xperia Aquatech Store" 4 metr dərinlikdə yerləşəcək.
Mağazaya daxil olmaq üçün, müştəri onun təhlükəsiz daşınmasını təmin edəcək dalğıcların birinə yaxınlaşmalıdır. “Xperia Aquatech Store”da alıcılar Sony şirkətinin istehsal etdiyi, suya davamlı olan smartfon və tabletləri sınağdan keçirə biləcəklər. Təəssüf ki, "Xperia Aquatech Store" yalnız üç gün açıq qalacaq və onu yalnız mətbuat işçiləri, müsabiqə qalibləri və VIP şəxslər ziyarət edə biləcəklər.

