Fast food restoranlar şəbəkəsi “Arby's” spirtsiz içki istehsalçısı “Pepsi” ilə əməkdaşlıq imzaladı. Bu əməkdaşlıq nəticəsində orijinal reklam çarxı təqdim olundu.




“Arby's” ilə olan müqaviləyə əsasən hər il iki dəfə “Pepsi”nin iştirak etdiyi reklam çarxı təqdim olunmalıdır. Lakin bu il “Arby's” restoranlar şəbəkəsi reklam çarxı təqdim etsə də həmin reklamda “Pepsi” içkisi iştirak etmədi.



“Arby's” marketing strateqiyasını dəyişərək “Pepsi”nin iştirak etmədiyi “We Have the Meats” adlı reklam çarxı təqdim etdi. “Pepsi” müqavilənin şərtlərinə əməl olunmadığını xatırladan kimi restoranlar şəbəkəsi dərhal üzr istəyərək yeni bir reklam çarxı təqdim etdi. 30 saniyədən ibarət olan reklam çarxında tamaşaçılar “Pepsi” ilə dolu olan stəkandan başqa bir şey görmür. Reklam çarxı “We Have Pepsi” şüarı ilə sona çatır.