“Whopper Evində” yaşamaq bir qədər qeyri-adi bir fikir kimi gələ bilər amma "Burger King", İspaniyada evlərə xidmətin təqdimatı üçün əmlak işinə də başladı. La Despensa imzası daşıyan reklam çarxında, kirayəlik ev axtaranlar gözləmədikləri bir sürprizlə qarşılaşdı.
Əlbətdə ki, hər kəs fərqli bir ev istəyir lakin mətbəx yerinə Burger King dəzgahı və bir də işçisi görmək insanların təəccübünə səbəb oldu.