“Apple”in keçən il “iPhone 5S” ilə birgə təqdim etdiyi “iPhone 5C” ağıllı telefon modelinin ömürü gözləniləndən qısa ola bilər. İddialara görə, bir müddət əvvəl şirkətin rəhbəri Tim Kukun satış proqnozlarını qarşılamadığını açıqladı.
Bu şərhdə “iPhone 5C”nin seriyalı istehsalı dayandırılacaq və “Apple”, bu modelin yeni versiyalarını bir daha istehsal etməyəcək deyə bildirilmişdi. Şirkətə yaxın mənbələrdən əldə edilən məlumatlara görə, “Apple”, 2015-ci ilin ortalarında bu məhsulun istehsalını dayandıracaq.
“TouchID” sensorunu yeni “iPhone 6” və “iPhone 6 Plus” ilə istifadəyə təqdim edən Apple, bu yeni xüsusiyyəti “iPhone 5S”də də istifadə edirdi. Bu hücuma baxmayaraq, “iPhone 5C”də bu xüsusiyyətin hələ olmaması şirkətin modelin istehsalını dayandırmağı düşündüyü iddialarının tez-tez dilə gətirilməsinə səbəb olur.