“IOS 8”in təqdimatı zamanı yaranan bəzi çətinliklərə görə, i-cihazların sahibləri Appleın mobil əməliyyat sisteminin son versiyasına keçməyə tələsmirdilər. Hal-hazırda “iOS 8.1.1” daha aktualdır, bir çox xətalar aradan qaldırılıb.


 


“Apple” müştəriləri daha fəal şəkildə öz cihazlarını yeniləməyə başlayıb. Məlumata görə, “iOS 8”in payı 56% təşkil edib, demək olar ki, iki həftə sonra, bu rəqəm daha 4% artıb. 


 


Belə ki, “iOS 8” Apple mobil platformasının ən məşhur versiyasıdır. Eyni dövr üçün “IOS 7”nin rəqəmləri 5% azalıb, indi bu versiya ilə çalışan bütün “iPhone” və “iPad”ların 35% payı var. Daha 5% paya köhnə versiyalar malikdir. Xatırladaq ki, “iOS 8”i, iPhone 4S və daha yeni modellər, eləcə də iPad 2 və daha yeni modellər dəstəkləyir.