Google, "Times" meydanına inşa edilən dünyanın ən böyük “billboard”unda interaktiv reklam kampaniyası başlatdı. Ötən günlərdə “ABŞ”ın ən böyük billboardunu icarəyə götürən Google, “Times Meydanı”nı örtən nəhəng “Android” layihəsini həyata keçirdi.
Futbol sahəsi böyüklüyündəki billboard üzərində Milad boyunca reklam yayımlayacaq olan texnologiya nəhəngi, interaktiv layihəsi ilə Android istifadəçilərinə əyləncəli bir oyun təcrübəsi təqdim edir.
“Mitsubishi Electric” tərəfindən işıqlandırılan billboard, 2,368 × 10,048 piksel sıxlığına və 4K ekran qətnaməyə sahibdir və 15 milyon pikseldən ibarətdir. Layihə çərçivəsində reklam işlərinə başlayan Google, nəhəng ekranda Androidify web saytında istifadəçilər tərəfindən yaradılan xarakterlərə yer verir. İstifadəçilər həm də yaratdıqları xarakterləri köynək və kartlara əks etdirmə imkanı əldə edir.