“Samsung” Milad mövsümünün startına həsr olunmuş reklam çarxı təqdim etdi. Reklamda bizə tanış olan Kristen Bell və onun əri Deks Şepard yer alıb. Hekayəyə görə, bu ailə Milad bayramını qeyd etməyə hazırlaşır.


 


Evin ətrafında yerləşdirilmiş “Samsung” devaysları isə onlara kömək olur. Reklam çarxında Cənubi Koreya şirkətinin yeni cihazları olan Galaxy Note Edge, SIM-kart dəstəkli smart saat Gear S, Galaxy Tab S tablet və son xətt əyri ekranlı TV gözə dəyir. 


 


Bu reklam çarxında hər hansı bir devays üzərinə diqqəti cəmləşdirmir, müəlliflər qeyd olunan cihazların bəzi funksiyalarını tamaşaçıya göstərir.