“Chanel”in yeni kolleksiyası üçün Cara Delevingne və Pharrell Williams kamera qarşısına keçdi. Reklam çarxı Karl Lagerfeldın 2 Dekabrda Salzburgda reallaşdırılacaq"Paris-Salzburg 2014/2015 Métiers d’art" kolleksiyasının təqdimatı üçün hazırlanıb.



Sözügedən reklam çarxının məzmunu və rejissorluğunu da məşhur dizayner boynuna götürdü. Orijinalı 7 dəqiqə olan Reincarnation reklam çarxının "CC The World" mahnısını Williams yazıb, bəstələyib.



19-cu əsr dövrünü əks etdirən reklam çarxında yer alan Williams və Delevingne birlikdə rəqs edir. Reklam çarxının bütünü Salzburgdaki şouda göstəriləcək.