“United Colors of Benetton” qadına yönəlik şiddətə qarşı yaratdığı #OrangeUrHood kampaniyası çərçivəsində qısa bir reklam çarxı hazırladı. Bildiyimiz kimi 25 Noyabr Dünya Qadına Yönəlik Şiddətə Qarşı Həmrəylik və Mübarizə Günüdür.
Bu günə dəstək vermək məqsədiylə, “Benetton” və “UN Women” ortaq kampaniya həyata keçirdi. “UN Women”in dəstəyi ilə hazırlanan reklam çarxında olduqca simvolik bir izahat istifadə edilir.
Reklam çarxında daşlar yerinə əllərinə keçirdikləri gül yarpaqlarını qadının üzərinə atan kişilər təsvir olunub. Mübarizə günü qadına istiqamətli cinsi ayrı-seçkiliyin, şifahi və fiziki şiddətin kökdən sonlandırılması məqsədiylə 25 Noyabr 1999-cu ildən etibarən “ABŞ”ın qərarı ilə başladılıb.
Bu beynəlxalq maarifləndirmə və mübarizə günün məna və əhəmiyyətinə uyğun olaraq UN Women, dünyanın dörd bir yanından 18-30 yaş arası qadınların əhvalatlarını da unhatenews.com internet saytı vasitəsi ilə paylaşacaq.
