“Microsoft”un Orta Şərq və Afrika üzrə Satış  Müdiri Nuru Çankaya, qarşıdakı illərə damğa vuracaq texnoloji yeniliklər ilə bağlı sualları cavablandırıb. Yaxın gələcəkdə, istifadə etdiyimiz cihazlar, hətta geydiyimiz paltarlar internetə bağlanıb əməliyyatlar edə və bir-birləri ilə əlaqə yarada biləcəklər.


 


Çankaya, bunun “obyektlərin interneti” adlandırıldığını söyləyib. “Obyektlərin internet”nə nümunə olaraq, bəzi tətbiqlərin hal-hazırda istifadəyə girdiyini qeyd edən Çankaya, ağıllı evlərin buna nümunə olduğunu söyləyib.


 


“Çiplərin hər yerə girə bildiyi bir dünyadayıq. Bu da bizim hər şeyi ölçə bilməyimiz mənasını verir. Tennis raketinə (tenis topunu vurmaq üçün torlu kürəcik) taxılan çiplə oyun ərzində topa nə qədər, hansı güclə, raketin harası ilə vurduğumuzu ölçürük. O əsnada çip yerləşdirilmiş qolsuz köynək (tenniska) bədənimizdən çıxan zəhərli maddələrin (toksin) miqdarını ölçüb nə qədər su içmək lazım olduğunu söyləyə bilir” deyə danışıb. Bu nöqtədə dövrəyə “Big Data” (böyük məlumat) anlayışının girdiyini qeyd edən Çankaya, ətrafımızdakı hər şeyə taxılan çiplərin verəcəyi məlumatların zamanla çox böyüyəcəyini və kompleksləşəcəyini, ən əhəmiyyətli problemin bu məlumatları şərh etmək olacağını söyləyib.


 


Bu iş o qədər böyüyəcək ki, bir yerdə  böyük məlumatları izah etmək peşəyə çevriləcək. Gələcək 10 ilin ən böyük dəyişikliklərindən birinin də internetə bağlana bilən kontakt linzalar olacağını qeyd edən Çankaya, “İnternetə bağlanan bəzi eynəklər var, amma havadakı, dünyanın maqnetik sahəsində yaranan  elektriki istifadə edən, ölçüsü  0,5 millimetrə salınmış çipləri kontakt linzalarda istifadə edincə, gözümüzü qırpdığımızda onlayn dünyaya bağlana biləcəyik” deyib. 


 


Kontakt linzaların internetə bağlana bilməsinin həm şəxsi həyat, həm də iş üçün yeni imkanlar yaradacağını qeyd edən Çankaya, “Məsələn mənə bağlı çalışan Cənubi Afrikadakı personalımın keçirdiyi yığıncağı onun gözündən görə biləcəyəm. Anbarda məhsulları saymağa gedərsə, anbardakı məhsulları birlikdə saya biləcəyəm” ifadələrini istifadə edib. Kontakt linzaların göz təbəqəsi içində görüntü yarada bildiyini, beləliklə də bu an virtual olaraq yayılan görüntünün 1080p-lik görüntüdən çox keyfiyyətli bir görüntü ola biləcəyini qeyd edən Çankaya, “Bundan başqa göz beyinlə birbaşa  elektrik tezliyi ilə xəbərləşir. Bu səbəbdən göz vasitəsilə əmr vermək də mümkün olacaq” deyə bildirib. 


 


Çankaya belə davam edib: “Bu gün bu otağa elektrik enerjisinin ya da krana suyun haradan gəldiyini düşünmürəm. Kranı açdıqda su, düyməni basdıqda elektrik  enerjisi var. İnternet də yaxın bir gələcəkdə belə olacaq. Elektrik üçün düyməni basıram, gəlir. İnternet təəssüf ki, o səviyyədə deyil. Hələ bir yerə getdiyimizdə bir əlaqə, bir parol və s. axtarırıq. Çox yaxın gələcəkdə cihazlar aralarında internet əlaqələrini paylaşacaq. Bir otağa girdiyimizdə cihazlarımızın ilk görəcəyi şey “Mən buradan özümü necə internetə bağlaya bilərəm” olacaq.


 


Artıq internetə haradan girəcəyimizi düşünməyəcəyik belə”. Yaxın gələcəkdə ən böyük trendin  “geyilə bilən texnologiya” olacağını qeyd edən Çankaya, “Məsələn hava şərtlərinə görə və ya bir yoldaşınızla qarşılaşdığınızda rəng dəyişən  geyimlər olacaq” deyib. Müxtəlif texnologiyaların əlaqə qurması ilə “artırılmış reallıq” mühitinin meydana gələcəyini izah edən Çankaya,  bir alış-veriş mərkəzinə gedərkən, eyni hobbilərə sahib və ya eyni peşədən ya da eyni məktəbdən məzun şəxslərin bir-birlərində bəlkə bir ikon görə biləcəyini dilə gətirib. Gələcəyin dünyasının bir ölçüsünün də süni zəkası sayəsində öz-özünə qərar verə bilən robotlar olacağını izah edən Çankaya, bunları söyləyib: “Nəqliyyat sənayesi obyektləri internetinin yayılması ilə ciddi bir təkamül keçirəcək.


 


Avtomobilin üstündəki sensorlar bir-birləri ilə də əlaqə quraraq kompleks bir məlumat istehsal edəcək. Ətraf faktorlarına və yola fokuslanan sürücünün o məlumatı qiymətləndirmək ikanı olmadığından, bu məlumatları kompüterlər qiymətləndirəcək və qərar verəcək. Bəlkə, 2100-cü ilə çatdıqda avtomobil istifadə etməyi seçməyəcəyik, çünki cihazlar performansı və çatış müddətlərini bizə görə daha yaxşı hesablayacaq və bunu daha etibarlı bir şəkildə edəcək”.