Mediacat Ipsos əməkdaşlığı ilə edilən "Türkiyənin Lovemarkları 2014" araşdırmasının nəticəsinə görə ən sevilən avtomobil markası yenə “Volkswagen” oldu.
Marka bu xəbəri yeni bir reklam çarxı ilə elan etdi. Çəkilişləri iki gün davam edən filmin rejissorluğunu Gürkan Kurtkaya edib. Xəbərin təqdimatı üçün üçün çəkilən film, iki Volkswagen sahibini bir küçədə qarşı-qarşıya gətirir.
Avtomobillərindən enmədən bir-biriylə danışmağa başlayan iki sürücünü seyr edən yaşlı adamlar, hər nə qədər onların mübahisə etdiyini sansa da əslində işlər çox fərqli şəkildə inkişaf edir.