Apple şirkəti Oktyabr ayında 6.1 mm qalınlığında olan dünyanın ən nazik planşeti “iPad Air 2”ni təqdim etdi. Cihaz, inkişaf etmiş qrafika ilə A8H çipseti, RAM 2 GB, 8 meqapikselli kamera və iOS 8.1 ilə təciz edilib. Lakin, bəziləri üçün buda azdır. 


 


Bu yaxınlarda “BlackBerry Passport”un qızıl versiyasını təqdim edən Vietnamlı Karalux, “iPad Air 2”nin də qızıl versiyasın təqdim etdi. Devaysın bütün daxili yaddaş versiyaları təklif edilir. Məsələn, arxa qapağı 24 karat qızıldan olan 64-GB-lıq versiyanı 1315 ABŞ dollarına əldə etmək olar.