1944-cü ildə yola çıxan “Yıldız Holdinq”in ilk markası olan “Ülker”, 70 yaşını yeni bir reklam kampaniyası ilə qeyd edir. “Ülker” yeni kampaniyasını "xoşbəxt et, xoşbəxt ol" şüarı çərçivəsində meydana gətirdi.
Qurucusu Səbri “Ülker”in "Hər kəsin xoşbəxt bir uşaqlıq keçirməyə haqqı vardır" sözünü təməl alan və bu şüarı bir addım daha irəliyə daşıyan kampaniyanın, bütün Yıldız Holding işçilərinin da içində olduğu bir xoşbəxtlik hərəkətinə çevrilməsini planlaşdırılır.
“Ülker”in 70-ci yaşı ilə əlaqədar danışan Yıldız Holding İdarə heyəti Başçısı Murat Ülker, "Biz, ilk gündən bəri məhsul hazırlayarkən, istehsal edərkən, rəflərə qoyarkən həmişə müştərilərimizin ehtiyac və gözləntilərinə görə hərəkət etdik. Bu anlayışımız böyük qiymət gördü və Ülker, həm məhsullarıyla həm də reallaşdırdığı ictimai proyektlərlə istehlakçının həyatına xoşbəxt anlar qatan bir marka olaraq bazarda yer ala bildi. 70-ci ilimizdə də, 70 ildir topladığımız bu xoşbəxt anları müştərilərimiz ilə birlikdə qeyd etmək və çoxaltmaq məqsədilə yeni bir kampaniya başlatdıq" dedi.
“Ülker” in 70-ci yubileyi çərçivəsində başladılan "xoşbəxt et, xoşbəxt ol" kampaniyasının reklam çarxını Alametifarika hazırladı. Sözlərinin Nil Karaibrahimgilə məxsus olduğu, Sertap Erener və Mustafa Cecelinin səsləndirdiyi kampaniyada “Yıldız Holding” əməkdaşları da iştirak etdi. 600 nəfərlik bir heyət ilə aparılan çəkilişlərdə 70-ə yaxın “Yıldız Holding” işçisi rol aldı.
