“Corning” şirkəti, ekran üçün qoruyucu örtük “Gorilla Glass”ın 4-cü versiyasını təqdim etdi. Ənənəvi olaraq, bu şüşə daha güclü, daha təhlükəsiz olub və digər çətinliklərdən müdafiə olunub.
“Corning”ə görə, onun mütəxəssisləri şüşənin ətraflı öyrənilməsi üçün bir neçə ay sərf edib. Onun niyə sındığına cavab axtarıb və qarşısını necə almaq olar deyə çalışıblar.
Şirkət “Gorilla Glass 4”ü çox səmərəli, eyni zamanda mükəmməl qoruyucu örtük adlandırır. Corning artıq gələcək müştərilərə test nümunələri təqdim edib. İlk variantları gələn ilin əvvəlində görə biləcəyik.
