“New York Post” yeni çap kampaniyasında təhrikedici bir şəkildə diqqətləri üzərinə çəkməyi hədəfləyir. Məşhur qəzet yeni "Made You Look" adlı kampaniyasında diqqət çəkici şüarlar istifadə edərək insanların marağını çəkir.



Goodby, Silverstein & Partners imzası daşıyan kampaniyada olan "Xəbərin xəbər olması üçün darıxdırıcı olması lazım deyil", "Altıncı səhifədə görmək istəmədiyin şeyi etmə" və "Yaxşı başlıq gözlərini yerindən çıxarır" kimi şüarlar taksi və metro stansiyalarında yer alır.



New York Post”un CEO-su Jesse Angelo kampaniya ilə əlaqədar olaraq, "Kampaniyanın məqsədi zəkamız, hörmətimiz və səsimizlə nələr etdiyimizə diqqət çəkməkdən ibarətdir" dedi.