“Caviar” şirkəti “Atlante” kolleksiyasına yeni telefon əlavə edib - Azərbaycan. Cihazın arxa hissəsində zərgərlər respublikanın gerbini və xəritəsini təsvir ediblər. Eləcə də, xəritədə tarixi regionlar kiçik nüanslara kimi qeyd olunub. 


 


Bundan əlavə, “Giacometti” Azərbaycanın gözəl təbiətindən, zəngin rənglərdən, sehrli ədviyyəli və meyvəli qoxulardan və öz vətənlərinin tarixi ilə fəxr edən insanlardan ilhamlanıb.


 


Bütün bunları birləşdirərək, yüvelirlər böyük və zəngin Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan yeni şedevr yaradıb. Bundan əlavə, mobil telefonun dizaynı“Azerbaijan Land of Fire” yazısı ilə tamamlanır. Smartfon Azərbaycanda rəsmən təqdim olunmalıdır. Hal-hazırda şirkətin rəsmi saytında bu smartfon 157 000 rubla,təxmini 2700 manata qeyd olunub.