Havaların soyuması ilə birlikdə “Nike” və “Wieden + Kennedy” yeni bir kampaniya başlatdı. “Nike”ın bədəni isti tutan "Hyperwarm" texnologiyasının tanıdıldığı reklam çarxı “Choose Your Weather” adlanır.
Reklam çarxında İrlandiyalı aktyor Chris O Dowd əyləncəli bir aparıcı olaraq qarşımıza çıxır. Chris O Dowd, soyuq havanın insan bədəninə təsirlərini izah edərkən ekranda mənfi şərtlərdə mübarizə aparan idmançılar görünür.
Clint Dempsey və Brad Evans kimi futbolçuların yanında Amerika futbol ulduzu Aaron Rodgers və Jordyn Nelson və uzun məsafə qaçışçısı Mary Cainlə birlikdə snowboarder Johnnie Paxson reklam çarxında iştirak edir. Reklam çarxında Edvard Griegin məşhur bəstəsi “In the Hall of the Mountain King” istifadəsi diqqətləri çəkir.
