Son zamanlarda bazara təqdim etdiyi yeni məhsulların yanında filmi və kompüter-konsol oyunlarıyla da məşhurlaşan "Lego", bazardakı digər markalara ilham qaynağı oldu. “Lego”nun müvəffəqiyyətini təkrarlamaq istəyən bir digər brend bir zamanlar hər kəsin oynadığı “Playmobil” oldu.



Paris mərkəzli “ON Entertainment” Playmobil oyuncaqlarının təməlini meydana gətirəcəyi 80 milyon dollarlıq bir animasiya filmi üzərində çalışdıqlarını açıqladı. Filmin 2017-ci ildə təqdim olunması gözlənilir.



Filmin istehsalını isə “Wild Bunch and Pathe”la birlikdə Shrek 2, Puss in Boots, Kung Fu Panda kimi filmlərlə çalışan yaradıcı bir heyət həyata keçirəcək. Məlumata görə sözügedən film Montrealda tamamlanacaq. Şirkət 1975-ci ildə Almaniyada qurulub.