“Facebook” sosial şəbəkəsi “Facebook”dakı qrup sistemini müstəqil bir tətbiq halına gətirəcək olan AppStore və Android tətbiqlərini tanıtdı. Facebook, istifadəçilərinin üzv olduğu qruplara girişi asanlaşdıracaq olan bu tətbiqlərlə birlikdə “Facebook”dakı qrupların aktivlik nisbətini da yüksəltmək istəyir.
Facebook marka səhifələrinə keçid etdikdən sonra, qrupların məşhurluğu bir qədər də olsa azalmışdı. “Facebook Groups” tətbiqi ilə birlikdə artıq istifadəçilər “Facebook”dakı qruplarına asanlıqla çata biləcək.
Ailə arasında, yaxın yoldaşlarınızla, iş yoldaşlarınızla birlikdə bu tərz qruplar yaratmaq da tətbiq üzərindən asanlaşdırılmışdır. 1,35 milyard istifadəçiyə sahib olan Facebook, “Facebook Gruplar”ın aylıq 700 milyon insan tərəfindən istifadə edildiyini ifadə edib. “Facebook”un, daha əvvəl mesajlaşma üçün ayrı bir tətbiq olan “Messenger”i təqdim etməsi indi də qruplar üçün ayrı bir tətbiq olan “Facebook Groups”u təqdim etməsi bir şəkildə “Facebook”un mitoz bölünməyə davam edəcəyini göstərir.
