UEFA (Union of European Football Associations) “Avro-2016”nın əlvan və əyləncəli talismanını təqdim etdi. Talisman qırmızı plaş, yeni futbol ayaqqabısı və Fransa milli komandasının futbol formasını geyinib.



Təqdimat Marseille stadionu olan "Velodrome"də keçirilən Fransız və İsveç arasındakı yoldaşlıq oyunundan öncə edilib. Hal-hazırda talisman bir ada sahib deyil.Futbol azərkeşlərindən təqdim olunan üç addan səsvermə yolu ilə ən yaxşı adı seçmək tələb olunur.



Seçiləcək adlar bunlardır: Driblu, GoaliksSuper Viktor. Ən yaxşı ad üçün səsvermə Noyabr ayının 26-dək davam edəcək. Noyabr ayının 30-da isə hansı adın seçildiyi elan olunacaq. Talismanı təmsil edən oğlan atası futbolçu olan Fransanın kiçik bir şəhərindəndir. O, daim öz bacarıqlarını inkişaf etdirən, ədalətli oynamağa çalışan və bundan zövq alan sadə bir insandır. Sehrli sandıq ona super qəhrəman qabiliyyətləri verib. Qırmızı plaşı ilə o yüksəkliklərə qalxır və supersürət ilə bütün dünyanı səyahət edir.