Londonda yeni “Apple Store” açıldı. Lakin bu “Apple Store” sözün həqiqi mənasında gerçəkdir. Çünki burada texnoloji cihazlar deyil gerçək alma satılır. İngiltərədəki ən qədim marketlərindən biri olan “London S Borough Market” 1000-ci yaşını qeyd edir.
Market bu yubileyin bir parçası olaraq müştərilərinə The Real Apple Store (Gerçək Alma Mağazası) adlı xoş bir konsept təqdim edir. “Real Apple Stor” yalnız həftə sonu üçün yaradıldır. “iPhone” və “iPad” kimi təqdim edilən gerçək almaların yanında texniki xüsusiyyətləri əvəzinə bənzərsiz ləzzəti və tarixi izah edilir.





