Kendall Jenner özünün ilk böyük gözəllik müqaviləsini bağladı və “Estee Lauder” brendinin siması oldu. Noyabr ayının 15-də 19 yaşlı model bu xəbəri özünün “Instagram” səhifəsində elan etdi. Daha sonra isə xəbəri brendin təmsilçiləri təsdiqlədi.
Kendall Jennerin iştirakı ilə ilk reklam kampaniyasının çəkilişlərini fotoqraf Mikael Jansson edəcək. Çəkiliş meydançasında isə modelin həmkarları Joan Smalls və Carolyn Murphy olacaq.