Zərgərlik şirkəti “Tiffany & Co.” Nyu-Yorkda qeyri-adi reklam kampaniyası başlatdı. Yeni kolleksiyanın təqdimatı üçün yalnız seçilmiş insanların girə biləcəyi “Premium Class” metro qatarı quraşdırıldı.
Qeyri-adi qatarın hazırlanması və quraşdırılması “Sid Leе” agentliyinin mütəxəssislərinə məxsusdur. “Lüks Qatar” şirkətin yeni “Tiffany Т” kolleksiyası üçün vitrin rolunu oynadı.
“Sid Lee” mütəxəssislərindən ibarət olan komanda quraşdırmanı qaranlıq etmək üçün qalereya damında pəncərələri bağladı. Bundan sonra isə yaxınlığında çamadanların olduğu oturacaqların projektorları yandırıldı. Bu isə fantastik yuxu atmosferi yaratdı.

