Nescafe, "REDvolution" hərəkatı çərçivəsində Orta Şərqdə yeni bir kampaniya başlatdı. 75 yaşındakı brend “Nescafe”nin 180 ölkədə yer almış bütün vizual kimliyini bir araya gətirərək bunu "Hər şey bir Nescafe ilə başlar" şüarıyla istifadə edəcəyini bildirdi.



Kampaniya üçün “Publicis Middle East” tərəfindən, yaxın zamanda yayımlanmış bir reklam çarxı hazırlandı. Reklam çarxı bir cizgi roman yazarının öz həyat təcrübəsindən ilhamlanaraq yaratdığı hekayəyə əsaslanır.



Bir dağa qalxarkən yaşadığı çətinlikləri, yanından gülümsəyərək keçən bir qızı və ya əsəbi baxan bir şagirdi öz beynində yaratdığı bir şəkildə kağızlara əks etdirir və həyatının bu parçalarını hekayəsinin xarakteri halına gətirir. Arxa plandakı hekayəni səsləndirən səs isə "Həyat imkanlarla doludur, hər vəziyyətdə kəşf ediləcək imkanlarla" deyərək reklamın mesajını çatdırır. Reklam çarxının sonunda qəhrəman, fasilə etmək üçün “Nescafe” içərək söhbət edən yoldaşlarının yanına gedir və sonra markanın mesajına yer verilir: "Hər şey bir Nescafe ilə başlayır".