Bu il 3 Dekabrda Helsinkidə keçiriləcək olan “Eurobest Festival”da ilin reklamverəni mükafatının sahibi “Volvo Trucks” olduğu açıqlandı. “Live Test Series” işləriylə Eurobest 2013 və Cannes Lions 2014-cü ildə bütün mükafatları alan “Volvo Trucks” ilin reklamverəni mükafatına da layiq görüldü.



Brend Eurobest 2013-də bir qızıl, iki gümüş və iki bürünc heykəlcik qazanmış və “Cannes Lions”da da İsveçli brend, ikisi böyük mükafat olmaqla cəmi 19 mükafatın sahibi olmuşdur.



“Volvo Trucks” şirkətinin marketinq kommunikasiyası başçı köməkçisi Lars Terling mükafatla əlaqədar, "Dörd il əvvəl Volvo Trucks, kreativlik baxımdan daha cəsur olmaq üçün yeni bir strategiya inkişaf etdirdi. İlin reklamverəni mükafatına layiq görülmək də brendlərin kreativ baxımdan cəsur olaraq nələr bacardıqlarını göstərmiş oldu" şərhini verib. Mükafat, 3 Dekabr 2014-cü ildə Helsinkidə reallaşdırılacaq Eurobest mükafat mərasimi əsnasında Lars Terlingə təslim ediləcək.