Facebook sosial şəbəkəsi “Facebook Messenger” tətbiqinin aylıq istifadəçi sayının 500 milyonu aşdığını bildirdi. Facebook, 2011-ci ildə təqdim etdiyi “Messenger” tətbiqini bir müddət sonra ayrı bir mesajlaşma tətbiqi olaraq dəyərləndirmişdi.


 


İstifadəçilərin Facebook tətbiqinə daxil olub oradan da mesajlar hissəsinə gəlməsi yerinə, onlar üçün yeni və müstəqil bir tətbiq hazırlamaq istəyən Facebook, mesajlaşma məhsulunun başına bundan 4 ay əvvəl “Paypal”ın başçısı olan David Marcus gəlmişdi. Yarım milyard insanın ünsiyyət üçün istifadə etdiyi “Facebook Messenger” hər iki həftədə bir aldığı yeniləmələrlə də davamlı inkişaf etdirilməyə davam edir.