"Airbnb" Berlin divarının yıxılmasının 25-ci illiyinə həsr olunmuş real hekayəyə söykənən bir reklam çarxı hazırladı. Berlin divarını 9 Noyabr 1989-cu ildə yıxmağa başlayıblar. Divarın mövcud olduğu illər ərzində yüzlərlə insan divarı aşmağa çalışdığı üçün öldürülüb, üç mindən çox insan isə həbs olunub.
Cathrine, Qərbi Almaniyada sərhəd gözətçisi olan və divarın yıxılmasından əvvəl Almaniyanı tərk edən atası Jörgü, yenə eyni dövrdə Şərqi Almaniyada sərhəd gözətçiliyi edən Kai ilə Almaniyada görüşdürür.
2012-ci ildə “Cathrine”in Airbnb ilə reallaşdırdığı bu gerçək hekayə isə VCCP Berlin imzası ilə Berlin divarının yıxılmasının 25-ci ilidə olduqca təsirli bir animasiya video ilə sərhədlərin gərəksizliyini vurğulamaq üçün qiymətləndirildi. "Wall and Chain" adlı reklam çarxı, bu həftə ABŞ televiziyalarında da yayımlanacaq.
