İnternetdə “Oscar” mükafatı sahibi olan Lupita Nyongonun iştirakı ilə Lancome brendinin reklam çəkilişləri təqdim olundu. Məşhur ulduz brendin dodaq boyalarını reklam edir.



Lupita “Lancome” üçün olan çəkilşlər zamanı makiyajın tətbiq edilməsini bəzədilmiş incəsənət əsərləri ilə müqayisə etdi: “Mən makiyajı rəsm əsərlərinin bəzədilməsi ilə əlaqələndirirəm. Makiyaj edib bəzəndiyim zaman özümü daha cazibədar hiss edirəm" deyə şərh verib.