“Motorola”nın geyilə bilən texnologiya məhsulu möcüzəsi olan və Android Wear ilə çalışan, yumru ekranlı ağıllı saatı “Moto 360”ın uzun zamandır gözlənilən metal qayışlı distributivinin təqdimatı reallaşdı.
18 və 23 mm olmaqla iki fərqli ölçüdə təqdim olunan metal qayışlı “Moto 360”ın qızıl rəngli versiyası da rəsmiyyət qazandı. Dəri qayışa nisbətdə 50 dollar daha bahalı olan metal qayışlı “Moto 360”ın qiyməti 299 dollardır.
Cihazın qızıl rəngli versiyası isə yalnız 18 mm qalınlıqlı qayış ilə satışa təqdim edilməsi gözlənilir. Qiyməti isə 329 dollar alacaq. Metal və dəri olmaq üzrə iki ayrı qayışla təqdim olunan “Moto 360”, Motorola və TYLT-nin razılaşması nəticəsində silikon qayışlarla da istifadəçilərə təqdim olunacaq. Bu tip qayışla istifadəçilərə təqdim ediləcək olan modelin tarixiylə əlaqədar bir məlumat yoxdur.
