Dünyada avtomobil sözü Almanlara əsaslanır deyə bilərik. Alman avtomobil istehsalçıları reklamlarında belə "Alman İdarəçiliyini" vurğulamadan keçə bilmir.
Bildiyiniz kimi "Made in Germany" yazılı məhsullar istehlakçılara necə bir güvən hissi verirsə, avtomobil sektorunda da "German Engineering" istehlakçılara performansı, təhlükəsizliyi və rahatlığı xatırladır.
Bunun fərqinə varan Amerikan avtomobil şirkəti “Chrysler” ağıllıca hazırlanmış bir reklam çarxıyla, avtomobil sektorundakı bu qəbul edilmiş halı yeni modeli “Chrysler 200” ilə qırmağı qarşısına məqsəd qoyur. Reklam çarxı başlanğıcda Alman dilində səsləndirilib İngilis alt yazısı ilə davam edir. “Chrysler 200” modeli yolda irəliləyərkən avtomobilin xarici və daxili dizaynı göstərilir.
Bu təqdimat əsnasında Alman dilində "ən yaxşı avtomobillər Almaniyada istehsal olunur" deyə üç dəfə təkrarlanır. “Chrysler” digər bir reklam çarxında isə, Almaniyanın məşhur limitsiz avtomobil yollarını mövzu edərək Alman avtomobil istehsalçılarına bir daha söz atır. Yaponlar istehsal etdiyi məhsullar ilə ən azı Almanlar qədər dünyada yaxşı bir imicə sahibdir.
Bu məhsuldarlığını avtomobil sektoruna da daşıyan Yaponlar, istehsal etdikləri keyfiyyətli və innovativ avtomobilləri ilə bir çox istehlakçı üçün bir seçim səbəbi yaradır. Hətta Yaponların “Toyota”sı hələlik Amerika avtomobil sektorunda lider mövqedədir. “Chrysler” bu halı da qırmaq istəmiş olacaq ki, hazırladığı xüsusi bir reklam çarxıyla Yaponlara da söz atır. Bu ağıllıca düşünülmüş olan reklam çarxı, Amerikadakı “Wieden + Kennedy” reklam agentliyi tərəfindən hazırlanmışdır.