Toyotaşirkəti"Aygo"modeli üçün "Go Fun Yourself" kampaniyasının davamı olaraq və yoldan keçən insanları hədəf alan əyləncəli bir online reklam çarxı hazırladı.
“Saatchi & Saatchi London” tərəfindən hazırlanan reklamda komediyaçılar Tom Livingston, Tom Houghton, Dylan Townley və Chris Turner “Aygo”nun içərisində gizlənir.
Daha sonra Londonda küçənin ortasına yapışdırdıqları nəhəng X işarəsinin üzərinə gələn hər hansı bir insanı səsləyirlər. "X" işarəsi üzərindən keçən şəxsə bəzən onlara mahnı söylədərək, bəzən də müxtəlif hərəkətlər etdirərək insanlara əyləncəli anlar yaşadırlar. Reklam çarxı “Toyota”nın Facebook, Twitter və Toyota YouTube kimi sosial hesablarında yayımlanır. Reklamın qısaldılmış versiyası isə “Vevo”da yer alır.