“AAC” şirkəti (Synergy Group üzvüdür) “Gobustone” brendinin (məsaməli hörgü blokları) yeni mövqeləndirmə konsepsiyasını təqdim edib. Mövqeləndirmə konsepsiyası AAC şirkətinin Marketinq şöbəsinin rəhbəri Rəhman Q. Əhmədova məxsusdur.



Müvafiq vizuallar isə “Genna Baku” reklam agentiliyi tərəfindən hazırlanmışdır. Rəhman Q. Əhmədov konsepsiya haqqında qısa olaraq fikirlərini belə izah etmişdir:



Layihələriniz vaxtında bitsin (korporativ seqmenti hədəf alır): “Gobustone” hörgü bloklarının hamar səthə, dəqiq ölçülərə, böyük həcmə malik olması və bununla yanaşı hörülən divarlarda suvağa ehtiyac duyulmaması hörgü işini sürətləndirməklə tikinti layihələrinin vaxtında yekunlaşmasına səbəb olmaqdadır.



Kommunal xərclərinizə qənaət (pərakəndə sektorunu hədəf alır): Digər hörgü materialları ilə müqayisədə (kərpic, mişar daşı) daha çox temperatur izolyasiyına malik olan “Gobustone” hörgü bloklarından tikilən evlərdə isitmə və soyutma sistemlərinin istismar xərcləri daha az olur.



Zəlzələyə davamlı evlər: “Gobustone” hörgü blokları ilə tikilmiş binaların kütləsi az olduğuna görə seysmik cəhətdən zəlzələlərə qarşı daha davamlı olurlar.