Markalar məşhur basketbolçu LeBron Ceymsin evinə dönüşünü qeyd etməyə davam edir. “Beats By Dre” reklamından sonra James indi də "Sprite” reklamı ilə qarşımıza çıxır.
Mayamidə keçirdiyi 4 ilin ardından evinə və karyerasına başladığı Cleveland Cavaliersə geri dönən Ceymsin Ohiodakı ilk matçı üçün yola çıxdığı görünür. Akron xalqının Ceymsin ilk matçını izləmək üçün göstərdiyi sevinc nümayişləri isə görülməyə dəyər.
Ceymsin ilk matçı üçün gənc pərəstişkarları həyəcanlı şərhlər edərkən, Ceymsin də həyəcanlı olduğu görünür. Daha sonra isə Ceymsin ilk matçının “Sprite” tərəfindən hazırlanan bir sahədə və tamamilə kampaniya üçün olduğu aydın olur. 90 saniyəlik reklam çarxı Imagine Dragonsun "I Bet My Life" mahnısı ilə müşayiət olunur.