Universal McCann (UM), Facebook ilə 100 milyon dollarlıq bir müqavilə bağladığını açıqladı. Müqavilə iki il boyunca davam edəcəkdir. Nə Facebook, nə də UM tərəfindən razılaşmanın maliyyə həcmi ilə bağlı rəsmi bir açıqlama edilməyib.
Məlumata görə razılaşma ilə birlikdə UM, Facebook media satın almalarını iki qatına çıxarmağa qərar verdiyini söyləyib. Razılaşmaya görə UM, imtiyazlı qiymət siyasətindən də faydalana biləcək.
"UM"in mövzuyla bağlı şərhində “Facebook tərəfindən təqdim ediləcək qiymətlərin, yalnız "UM"ə özəl olmasa da, digər təşkilatlara verilənlərdən daha üstünlüklü olacağı ifadə edilib”. 2014-cü ilin əvvəlində hazırlanan və birdən çox platformu əhatə edən bu müqavilədə Latın Amerikası, Avropa, Orta Şərq, Afrika və Asiya boyunca uzanan qırxdan çox sürətli inkişaf edən bazar yer alır.