“Google” axtarış sistemi Nyu-York küçələrində inanılmaz reklam kampaniyası təqdim etdi. Layihə çöl reklamları üslubunda hazırlanmışdır. “72andSunny” agentliyiGoogle”un səsli axtarış sisteminin emblemini özündə əks etdirən qeyri-adi elementlər hazırlayıb.
Layihənin rəhbərləri “Bizim əsas məqsədimiz xidmətin istifadəçilərinə, şəhər sakinlərinə və qonaqlara Nyu-York haqqında daha ətraflı məlumatın çatdırılmasından və onların diqqətini cəlb etməkdən ibarətdir” deyə bildirib.











