Mobil reklam şəbəkəsi olan “Audience Network” indi bütün dünya marketoloqları üçün mövcuddur. "Facebook" sosial şəbəkəsi Aprel ayında bu platformanı reklam etmişdi.


 


Sosial şəbəkə bir neçə ay ərzində xidməti genişləndirdi və fəaliyyətini artırdı. Audience Network reklam verənlərə mobil platformada elan yerləşdirməyə imkan verir.


 


İş adamları isə öz məhsullarını pula çevirərək Facebookun 1,5 milyonluq partnyorlar siyahısına daxil ola bilər. Reklam platformasında tətbiqin əsas hissəsi kimi görünən üç növdə reklam yerləşdirmək mümkündür: banner, aralıq reklamı və yerli reklam. İndi isə platforma reklamın daha bir link ilə ola növünü əlavə etdi.