Avropada məişət texnikası ən böyük istehsalçılarından biri olan Türk brendi “Beko” logosunu yenilədi. Brend yeni logonu məşhur New York təşkilatı olan “hermayeff & Geismar & Haviv” ilə əməkdaşlıq nəticəsində təqdim etdi. İlk dəfə yeni logo Berlində “IFA 2014” sərgisində təqdim olundu.
Yeni loqoda əks olunan yüksəkliyə doğru gedən cizgi brendin tərəqqisini vurğulayır. Açıq rəngli mavi rəng tonu isə şirkətin insanlar üzərində olan öhdəliyini əks etdirir. Yeni loqo brendin məhsullarında, mağazalarda, şirkətin adından rəsmi kommunikasiya sahəsində istifadə olunacaq.
Yeni loqo

Köhnə loqo



