Avtomobil təqdimatçısı Renault, Portuqaliya bazarında yeni model avtomobili olan “Renault Twingo”nu təqdim etmək üçün ayaqqabı dizayneri Luis Onofre və Publicis Lisboa agentliyini dəvət etdi.



Onlar birlikdə bu avtomobili idarə etmək üçün yeni qadın ayaqqabısı hazırlamaq məqsədi ilə bir araya gəldi. Dikdaban qadın ayaqqabısı sürücülük üçün uyğun deyil. Həmçinin bu ayaqqabılar ilə daşlı küçələrdə də gəzmək çox çətindir.



Bu məqsədlə də onlar “Twingo Stiletto” adlı qadın ayaqqabısı hazırladı. “Twingo Stiletto” adlı hündür daban ayaqqabı daşlı və çətin yollarda kifayət qədər rahat gəzmək və avtomobili rahat idarə etmək üçün xüsusi olaraq hazırlanmışdır. Ayaqqabının əsas elementi “Stiletto Cap” hissəsidir. Avtomobili rahat idarə etmək üçün onu ayqqabının dabanına taxıb və çıxartmaq mümkündür.