Yeni nəsil “iPhone” modellərini və ağıllı saatını təqdim edən “Apple”ın səhmləri 2,2% dəyərdən düşüb. “Apple”da tarix dəyişmədi. Yeni nəsil “iPhone”ları və ağıllı saatının təqdimatının ardından şirkətin səhmlərində əhəmiyyətli dalğalanmalar baş verib.


 


“Apple”ın səhmləri “iPhone 6”, “6 Plus” və “Apple Watch” təqdimatlarından sonra 4,5% bahalaşıb. Daha sonra isə  2,2% dəyərdən düşüb. Səhmlərdəki dəyər itkisində birjalardakı dalğalanmanın təsirli ola biləcəyi qeyd edilir.


 


Dəqiq bir səbəbi isə göstərilməyib. Şirkətin keçmişinə baxdıqda, yalnız “iPhone 3GS” və 4S təqdim olunan zaman şirkətin səhmlərinin yüksəldiyi, digər bütün məhsullarda isə ucuzlaşdığı  müşahidə olunmuşdur. 


 


“Apple”ın məhsul təqdimatları və səhmlərində qiymət dəyişikliyi:


 


“IPHONE 3G”


“Apple”ın səhmləri təqdimat günü  1,7%, məhsul bazara çıxardılana qədər 5%, məhsulun bazara çıxardıldığı  gün 1,6% dəyərdən düşmüşdü.


 


“IPHONE 3GS”


Səhmlərin təqdimat günü qiyməti dəyişməyib, məhsulun bazara çıxardılmasına qədər  isə 3% dəyərdən düşüb. Məhsulun bazara çıxardıldığı gün 1% dəyər qazanmışdı.


 


“IPHONE 4”


Təqdimat günü səhmlərinin qiyməti 2,8%, məhsul bazara çıxardıldığı gün  0,7% dəyərdən düşmüşdü.


 


“IPHONE 4S”


Təqdimat günü səhmlərinin qiyməti 0,6% dəyərdən düşmüşdü. Məhsul  bazara çıxardıldığı gün 1,2% dəyər qazanmışdı. Məhsulun təqdimatı ilə bazara çıxardılması arasında keçən müddət ərzində səhmlərinin qiymətində  13%-ə yaxın artım baş vermişdi.


 


“IPHONE 5”


 Şirkətin səhmləri, təqdimat günü  sabit qalmışdı. Məhsulun bazara çıxardıldığı gün 0,3% dəyərdən düşmüşdü.


 


“IPHONE 5S / 5C”


 Şirkətin səhmləri, təqdimat günü  2,3%, məhsul bazara çıxardıldığı gün 2,2% dəyərdən düşmüşdü.