“Reebok”, brendin klassik üslubda olan ayaqqabısını reklam etmək üçün iki dəqiqədən ibarət olan reklam çarxı təqdim etdi. Reklam çarxının qəhrəmanı həqiqətən də mühüm əhəmiyyət kəsb edən kökləri haqqında danışır.



O, deyir ki, çox tez-tez keçmiş hadisələri xatırlamaq və dönüb geriyə baxmaq lazım deyil. Qısa filmin qəhrəmanı “Mənə öz Classics ayaqqabını ver və mən sənə gələcəyi göstərim” şüarını səsləndirir və əlavə edir ki, “Bizə gələcəyi dəyişmək üçün tabletlər və zavodlar lazım deyil”.



Qəhrəman 1985-ci ildə “Reebok” şirkətinin təsisi qoyulmuş Bolton, Lancashire, Böyük Britaniyadan gəlir. Filmin bir hissəsi isə Manchesterdə çəkilmişdir. Reklam çarxı məşhur “Ridley Scott Associates” studiyasından olan rejissor Anthony Crook tərəfindən lentə alınıb.