Ötən günlərdə Samsung, “Galaxy Note 4”ün çoxdan gözlənilən premyerası baş tutdu. Öz sələfisi kimi smartfon, güclü içlik ilə təchiz edilib və geniş funksionallığa malikdir. Samsung “Galaxy Note 4”ün bütün üstünlüklərindən bəhs edən yeni bir video çarx təqdim etdi.
Metal çərçivə, prosessor performansı, sürətli şarj rejimi ilə tutumlu batareya, 3.7 meqapikselli ön və 16 meqapikselli əsas kamera, 5,7 düylük QHD ekran və s. Əlbəttə ki, elektron qələm “S Pen” haqqında da bəzi məlumatlar verilib.