"Adidas"ın təqdim etdiyi yeni tətbiq öz ayaqqabını özün hazırlamağa imkan verir. "mi ZX Flux" adlı tətbiq vasitəsilə istifadəçilər öz ayaqqabılarını özləri hazırlayacaq.
İOS və Android versiyaları olan "mi ZX Flux" adlı tətbiq, istifadəçilərin öz ayaqqabı naxışlarını özlərinin hazırlamasına imkan verir. Daha sonra Adidas istifadəçinin hazırlamış olduğu ayaqqabı naxışını istehsal edərək istifadəçiyə göndərir.
Beləcə Adidas sevərlər özlərinin hazırlamış olduğu xüsusi bir idman ayaqqabısı geyinir. Əlbəttə tətbiq istifadəçiləri bu ayaqqabıların fotoşəkillərini sosial mediada da paylaşa bilir. Tətbiq hal-hazırda bütün dünyanı əhatə etmir, yalnız bəzi Avropa ölkələrindəki istifadəçilər, öz hazırladıqları ayaqqabıları geyinmə şansına sahibdir. Ancaq Adidas yaxın zamanda tətbiqi başqa ölkələrə də təqdim etməyi planlaşdırır.
