Android Wear "Google"un ağıllı saatlar üçün təqdim etdiyi bir əməliyyat sistemidir. Eynilə telefonlar üçün olan Android sisteminin saatlar üçün olan xüsusi versiyası olaraq da düşünmək olar.


 


LG, Samsung və dünyanın öndə gələn digər texnologiya nəhənglərinin ortaq istifadə etdiyi bu əməliyyat sistemi, ağıllı saatların daha stabil olaraq istifadə olunmasını təmin edir.


 


Ağıllı telefonların məşhur tətbiqi "Whatsapp" artıq Android Wear əməliyyat sistemli ağıllı saatlarda problemsiz bir şəkildə istifadə oluna biləcək. Ötən həftələrdə beta tətbiqinə Android Wear dəstəyi əlavə edən WhatsApp, 2.11.362 yenilənməsi ilə birlikdə bu dəstəyi "Play Store"dakı tətbiqinə gətirdi.


 


Bunun mənası odur ki,WhatsApp mesajlarınızı "Android Wear"lı saatınızda görmək üçün artıq beta versiyasını istifadə etməyinizə ehtiyac yoxdur. Yenilənmə, "WhatsApp"a Android Wear üzərindən bütün mesajı göstərmə, iç-içə mesaj göstərmə və səs ilə cavab vermə funksiyalarını qazandırır. Yenilənmə "inkişaf etdirilmiş mesaj saxlama etibarlılığı"na da sahibdir.