"Publicis Conseil" və Fransız rəssamlar Kuntzel və Deygas yeni model “Renault Twingo 2014”ün reklamı üçün enerji dolu və parlaq animasiya reklam çarxı təqdim etdi.



Kuntzel və Deygas Steven Spielbergin “Əgər bacarsan məni tut” filminə hazırladıqları proqram ilə məşhurluq qazandı. Onlar həmçinin American Express, Veuve Clicqout və Guerlain ilə də əməkdaşlıq ediblər. Animasiya filmi “Go Anywhere, Go Everywhere” adlanır.