Reebok, “ABŞ”da yeni qaçış üçün olan idman ayaqqabısı “ZJet”i tanıtmaq üçün qeyri-adi və çox maraqlı xidmət təqdim etdi. Belə ki, idman ayaqqabıları sifarişçinin qapısına sözün əsl mənasında qaçan idmançılar vasitəsilə çatdırılır.
“Human Dispatch Service” 28.08.2014-cü il tarixindən etibarən New Yorkda xidmət göstərir. Alıcı sifariş etmək istədiyi uyğun ayaqqabıya öz ayaq ölçüsünü və ünvanını #ReebokHDS hashtagına tweet ataraq sahib ola bilər. Layihə San Franciscodan “Venables Bell & Partners” təşkilatı tərəfindən hazırlanmışdır.